Azərbaycan-Ermənistan sərhədlərinə dair Rusiyada aşkarlanan xəritələr yayımlanıb – VİDEO

Ötən ay Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunda Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmalı olduğunu bildirmişdi. Bundan sonra Rusiya arxivlərindəki mövcud xəritələrlə bağlı müxtəlif fikirlər yayılmağa başladı. 

Bəs, əslində söhbət hansı xəritələrdən gedir? 

İctimai Televiziyanın Rusiyadakı müxbiri bu ölkənin arxivlərində araşdırma aparıb, ötən əsrin 23-cü ilindən başlayaraq 85-ci ilinə qədər müxtəlif dövrlərə aid xəritələri və arxiv sənədlərini aşkar edib.

Rusiya arxivlərindəki xəritələr və sənədlərin görüntüləri ilk dəfə İctimai Televiziyada yayımlanıb. 

Ətraflı videonu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir