Azərbaycan hərbçiləri Gürcüstanda NATO ilə birgə təlimlərə başladı

Gürcüstanda Azərbaycanın da iştirak etdiyi “Agile Spirit-2021” çoxmillətli hərbi təlimlər başlayıb.

Gürcüstan Müdafiə Nazirliyi xəbər verir ki, “Tərəfdaşlıqda güc” devizi altında keçirilən təlimlər avqustun 6-dək davam edəcək və 15 NATO üzvü və tərəfdaşının iştirakı ilə beş məkanda keçiriləcək.

Təlimlərə Azərbaycan, Gürcüstan (ev sahibi), Bolqarıstan, Kanada, Estoniya, Almaniya, Böyük Britaniya, Latviya, Polşa, Rumıniya, Türkiyə, Ukrayna, Moldova, İtaliya və ABŞ-dan 2 500 hərbçi cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir