Azərbaycan hərbçiləri Türkiyədə keçdikləri kursu uğurla bitiriblər – FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Türkiyədə keçdikləri kursu uğurla başa vurublar.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında qeyd edilir.

“İstanbulun Beykoz ərazisindəki Xilasetmə və Sualtı Komandanlığında Azərbaycan və Somali Dəniz Qüvvələrinin personalı tərəfindən uğurla tamamlanan “Beynəlxalq Dalğıc Kursu”nun məzuniyyət mərasimi təşkil edilib”, – deyə bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir