Azərbaycan icması Mustafa Şentopla görüşdü – FOTO

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyəti üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və sədr müavini Cəlal Adan ilə görüşü keçirilib.

Ria24.Az xəbər verir ki, görüş zamanı qonaqları məmnunluqla salamlayan Mustafa Şentop bildirib ki, Türkiyə və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.

Dövlətlərimiz və xalqlarımız arasında tarixən mövcud olan və bu gün də ən yüksək səviyyədə inkişaf edən münasibətləri yüksək qiymətləndirən TBMM sədri TADEF-in bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula görə spikerə minnətdarlığını bildirən TADEF rəhbəri Ədalət Turan Azərbaycan icması adından tarixin bütün dövrlərində, xüsusilə 44 günlük Vətən müharibəsindəki mənəvi və siyasi dəstəyinə görə Türkiyə dövlətinə və türk xalqına təşəkkürünü çatdırıb. TADEF-in fəaliyyəti və həyata keçirəcəyi işlərlə bağlı ətraflı məlumat verilib.

Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, TADEF-in sədr müavinləri, Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri Səttar Kaya, Əskişəhər Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.