Azərbaycan İndoneziyaya humanitar yardım edib

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti vasitəsilə İndoneziyaya 50 min ABŞ dolları məbləğində humanitar yardım göstərilib.

İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti tərəfindən göstərilmiş humanitar yardıma görə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarlıq bildirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlum olduğu kimi, 2021-ci ilin 15 yanvar tarixində İndoneziyanın Sulavesi adasında Rixter cədvəli üzrə 6,2 bal gücündə baş vermiş zəlzələ 27 nəfərin ölümünə, 600 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Təbii fəlakət nəticəsində 100-ə yaxın evə ziyan dəyib, 10 yaşayış evi isə tamamilə dağılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir