Azərbaycan İnvestisiya Holdinqinin səlahiyyətləri artırıldı

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişləri üzrə rəhbər komitələrin SOCAR tərəfindən formalaşdırılması ilə bağlı bəzi məsələlər barədə” qərarında dəyişiklik edilib. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, Dövlət Neft Şirkəti, İqtisadiyyat, Maliyyə, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Dövlət Neft Fondu ilə yanaşı, SOCAR-ın tərəf kimi çıxış etdiyi hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Dövlət Neft Şirkətinin tərəfindən rəhbər komitələr və işçi qruplar formalaşdırılarkən Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin də həmin rəhbər komitələrdə və işçi qruplarda nümayəndə kimi iştirakı təmin ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir