Azərbaycan Ləzgi ictimaiyyəti beynəlxalq təşkilatlara müraciət etdi

Azərbaycan Ləzgi ictimaiyyəti nümayəndələri beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə bildirilir:

“2020-ci il sentyabrın 27-dən etibarən işğalçı Ermənistan silahlı qüvvələri 1994-cü ildən qüvvədə olan atəşkəs razılaşmasını kobud şəkildə pozaraq, hərbi əməliyyatlara başlayıb, bütün təmas xətti boyunca Azərbaycanın şəhər və kəndlərini iriçaplı silahlardan, artilleriya qurğularından və ballistik raketlərdən atəşə tutmağa başlayıb.     

Təcavüzkar Ermənistan 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq, dinc əhalini, çoxsaylı evləri, həyatı əhəmiyyətli obyektləri, təsərrüfat təyinatlı məntəqələri, xəstəxanaları, məktəbləri və digər infrastruktur obyektlərini hədəfə almaqda davam edir.

Ermənistanın hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu sentyabrın sonundan başlayaraq, cəbhə xəttində uğurlu hərbi əməliyyatlar keçirib. Bu əməliyyatlar nəticəsində Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ Zirvəsi, “Suqovuşan” su anbarı, onlarla kənd, strateji yüksəkliklər düşməndən azad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatlarının gedişində böyük siyasi iradə, sərkərdə qətiyyəti və prinsipiallıq göstərərək, Azərbacanın milli maraqlarını qətiyyətlə müdafiə edir.

Ermənistan ordusu humanitar atəşkəs rejiminə riayət etmir və ona görə də Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşməni işğal olunmuş torpaqlarımızdan qovmağı davam etdirmə əzmindədir. Belə bir vaxtda erməni təxribatçıları yeni hiylələrə əl atır, Azərbaycanın ayrı-ayrı xalqlarını, o cümlədən, ləzgiləri vətənin müdafiəsindən imtina etməyə çağırır, respublikamızın xalqları arasında nifaq salmağa çalışırlar.

Onlar unudurlar ki, Azərbaycan burada yaşayan bütün xalqların vətənidir və bu xalqların nümayəndələri vətəni son damla qanlarınadək müdafiə edəcəklər. Hazırda yüzlərlə ləzgi gənci Azərbaycan Ordusu sıralarında düşmənlə döyüşür və qəhrəmanlıq nümunələri göstərirlər.

Vətəni qorumaq onun hər bir vətəndaşının müqəddəs borcudur və Respublikamızın Ləzgi ictimayyəti də bunu yaxşı başa düşür. Erməni təxribatçılarının müxtəlif hiylələrə əl atdığl bir vaxtda həmvətənlərimizi daha da sayıq olmağa, həmişə olduğu kimi, yenə də doğma Azərbaycanımızın müdafiəsinə layiqli töhfə verməyə çağırırıq.

Biz BMT Təhlükəısizlik Şurasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822; 853; 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxmasını tələb edirik.

Ümid edirik ki, beynəlxalq təşkilatlar təcavüzkar erməni siyasətinə son qoyulmasından, hərbi cinayətlərin qarşısının alınmasından, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tezliklə çıxmasından ötrü Ermənistana təzyiqi artıracaq, bölgədə təhlükəsizlik mühitinin bərqərar olunması üçün səylərini əsirgəməyəcək.

Qarabağ Azərbaycandır, eşq olsun şanlı Azərbaycan Ordusuna!”

Müraciəti imzaladılar:

İmran Rzayev – “Samur Ləzgi Milli Mədəni Mərkəzin İctmai Birliyin” sədri

Kamal Abdullayev – Elmlər doktoru, Beynəlxalq Akademiyaların üzvü, Prezident təqəüdçüsü

Qeylani Pənahov – Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü

Kamil Aydazadə – Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü

Əşrəf Balamətov – Texniki elmlər doktoru, Energetika institunun Elmi istiqamətində rəhbəri, Rusiya Elektrotexnika Akademiyasının fəxri üzvü

Şair Ramaldanov – Azərbaycan Silahli Qüvvələrinin ehtiyatda olan polkovniki

Yaşar Aydəmirov – Azərbaycan Silahli Qüvvələrinin ehtiyatda olan General-mayor

Benyaməddin Davudov – Azərbaycan Dövlət Universitetinin dosenti

Dünyaməddin Əskərov – Azərbaycan Neft Akademiyasının dosenti

Müzəffər Məlikməmmədov – “Samur” qazetinin baş redaktorunun müavini, yazıçı-publisist

Dağlar Səfərov – Sahibkar

Məmmədağa Sərdarov – Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və sosialogiya institutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Afər Əlifov – Bakı mühəndislik univerisetinin Memarlıq və İnşaat fakultəsinin dekanı, elmlər namizədi, dosent

Ruslan Şeydayev – AZTV-nin ləzgi redaksiyasının baş redaktoru

Zavir Nəcəfov – “Samur Ləzgi Milli Mədəni Mərkəzin İctmai Birliyin” katibi

Edviq Həsənov –  “Samur Ləzgi Milli Mədəni Mərkəzinin İctmai Birliyin” gənclərlə iş sektorunun rəhbəri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir