Azərbaycan lideri: “İkinci Qarabağ müharibəsi bizim ortaq şanlı tariximizdir”

“İkinci Qarabağ müharibəsi bizim müştərək, ortaq şanlı tariximizdir. 30 illik işğala son qoyduq”.

“Ria24.az”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rize şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

“Müharibənin ilk günündə cənab Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu”, – Prezident vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.