Azərbaycan qırıcılarının İstanbul səmasında yeni görüntüləri – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinə aid tyəyyarələrin TEKNOFEST-2021 (Aerospace and Technology Festival) çərçivəsində Türkiyədə həyata keçirdikləri uçuşlardan yeni görüntülər yayılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” hesabından bununla bağlı video paylaşıb.

Pilotlarımız türkiyəli həmkarları ilə İstanbul səmasında növbəti möhtəşəm görüntü yaradıblar.

Qeyd edək ki, TEKNOFEST 21-26 sentyabr tarixləri arasında Türkiyənin İstanbul şəhərində keçirilir. Azərbaycanı bu festivalda iki “MİQ-29” qırıcısı təmsil edir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir