Azərbaycan səfirliyi Kolumbiyada ehtiyacı olan ailələrə hədiyyələr payladı – FOTO

Azərbaycanın Kolumbiyadakı Səfirliyi tərəfindən Milad bayramı münasibətilə Kolumbiyanın “Acoexar” fondunun təşkilatçılığı ilə Boqota şəhərinin San Rafael rayonunun ehtiyacı olan sakinlərinə hədiyyələr paylanılıb.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

Hədiyyələrin təqdim olunması ilə bağlı tədbirdə çıxış edən Səfirliyin birinci katibi E.İskəndərov əvvəlcə tədbir iştirakçılarını Milad və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, iki ölkə arasında mövcud olan ənənəvi dostluq münasibətləri barədə danışıb. Azərbaycanlı diplomat, həmçinin, tədbir iştirakçılarına Azərbaycan barədə məlumat verərək, 2020-ci ilin olduqca çətin olmasına baxmayaraq, 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqların azad edilməsi ilə əlaqədar bu ilin Azərbaycan xalqının xatirəsində möhtəşəm Zəfər ili kimi qalacağını qeyd edib. 

Tədbir zamanı iştirakçılar Azərbaycan Hökumətinə dərin təşəkkürlərini bildirib və onlara diqqət göstərilməsini yüksək qiymətləndirdiklərini qeyd ediblər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir