Azərbaycan tarixində bir ilk – Komitə sədri açıqladı

“Tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir”. 

Ria24.Az-ın məlumatına əsasən, bunu 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 

O, 2022-ci ilin ilk 5 ayında neft və qaz ixracında əldə edilən gəlirləri də açıqlayıb. 

“Cari ilin ilk 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub”, – deyə deputat əlavə edib. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.