Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin Şuşada keçiriləcək görüşünün tarixi açıqlanıb

Gələn həftə Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək.
“Ria24.az”un xəbərinə görə, toplantı mayın 22-də baş tutacaq.
İclasda müzakirə olunacaq məsələlər isə yaxın günlərdə bəlli olacaq.