Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb – FOTO

Azərbaycan Türkiyədən “Hürkuş” tipli, hərbi təlim üçün nəzərdə tutulan yeni təyyarə alıb.

Dekabrın 3-də Azərbaycan ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı təyyarəyə baxış keçiriblər.

Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar.

“Bu gün Azərbaycanda “Hürkuş” uçurduq”, – deyə C.Bağçı “Twitter” hesabından fotolar paylaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir