Azərbaycan və Ermənistan kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edib

Ermənistan və Azərbaycan Rusiya Federasiyasının vasitəçiliyi ilə Sovet İttifaqı dövründə fəaliyyət göstərən bütün kommunikasiyaların açılmasının müzakirə edir.

TASS agentliyi xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə çıxışı zamanı deyib.

“Nəticə etibarı ilə biz Sovet dövründə fəaliyyət göstərmiş bütün kommunikasiyaların açılmasının imkanlarını müzakirə edirik”, – deyə N.Paşinyanın müavini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir