Azərbaycan və İran XİN-ləri razılığa gəlib

Azərbaycanla İran Xarici İşlər Nazirlikləri arasında altı aydan bir siyasi məsləhətləşmələr aparılması barədə razılıq əldə edilib. 

Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, bu razılıq iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Bakıda keçirdiyi görüşdə əldə edilib. 

Nazir onu da qeyd edib ki, digər razılıq Azərbaycan və İran XİN-lərinin mətbuat katibləri (Leyla Abdullayeva və Səid Xətibzadə) arasında da intensiv kommunikasiyaların yaradılması ilə bağlıdır. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir