Azərbaycan XİN İrana başsağlığı verdi – FOTO

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranda baş vermiş güclü zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında paylaşım edilib.

“İranın cənubunda baş verən güclü zəlzələlərlə bağlı xəbər bizi çox kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün xəsarət alanlara tezliklə şəfa diləyirik”, – deyə Azərbaycan XİN-dən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir