Azərbaycan XİN Pakistana başsağlığı verib – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

“Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi. Təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün qardaş Pakistan yanındayıq”, – deyə nazirliyin “Twitter” səhifəsində qeyd edilir.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində altısı uşaq olmaqla azı 20 nəfər ölüb, 300-dən çox adam da yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir