Azərbaycana qarşı növbəti “feyk” ifşa olundu – FOTO

Hələ zamanında Konfutsi deyirdi ki, “qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də əgər o pişik orada yoxdursa”.

Bəs yaxşı, əgər kimsə həqiqətən hamının boş qara otaqda hələ də qara pişik olduğunu düşünməsini istəyirsə necə? Düzdür, başqalarını onun varlığına inandırmaq lazımdır.

Bəs necə? Çoxsaylı “feyk”lər yaratmaqla, belə olan halda mövzu adiləşir və zamanla etibarsız məlumat kimi qəbul edilmir.

Azərbaycan və İran arasındakı münasibətlər son aylarda məhz bu rakursda – gah gərginləşmə rejimdə, gah da ləng ittiham mübadiləsi mərhələsində inkişaf edir.

İran tərəfi artıq hamıya məlum olduğu kimi, Azərbaycan və Türkiyənin regionda güclənməsindən, Azərbaycan-İran və Azərbaycan-Ermənistan sərhədlərini nəzarətə götürməsindən, ümumiyyətlə, Cənubi Qafqaz regionunda baş verən hadisələrdən narazıdır.

Azərbaycanla sərhəddə silahlı cingilti salmaq, guya Tehrana məlum olan, lakin bizim ərazilərimizdə heç kimin görmədiyi hansısa terrorçu qrupların cəlb edilməsi ilə bağlı Bakıya qarşı əsassız ittihamlar irəli sürmək də buradan qaynaqlanır.

Qısası, Caliber.Az dəfələrlə Azərbaycana qarşı aparılan bu çirkin informasiya müharibəsinin üsullarından yazıb.

Amma bu informasiya axını bir dəqiqə belə olsa dayanmır. Və bu gün haqqında bəhs edəcəyimiz növbəti saxta məlumat da, bu qəbildəndir.

Oktyabrın 31-dən başlayaraq əvvəlcə az tanınan bloqlarda, daha sonra isə Ermənistan və İran kütləvi informasiya vasitələrində “Jerusalem Post” qəzetinin siyasi müxbiri Hill Hoffmanın keçmiş Mossad əməkdaşı, İsrail baş nazirinin milli məsələlər üzrə müşaviri Uzi Aradla (2009 -2011) “müsahibəsi” sürətlə yayılmağa başladı.

Bu müsahibədə U.Arad Azərbaycana səfəri və iki fərqli missiya ilə bağlı xoş xatirələrini “bölüşür”: birinci dəfə “Mossad”ın agenti, ikinci dəfə isə İsrail baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri kimi.

Foto: Uzi Arad

Arad Azərbaycana hərbi silah satışı, PUA istehsalı zavodunun tikilməsi, Təl-Əvivdə Azərbaycanın ali hərbi rəisləri üçün 146 təlim kursunun keçirilməsi, Xəzər dənizində, Azərbaycanın cənubunda və Ermənistanla sərhəddə bir neçə illik birgə gizli hərbi təlimlər və hətta Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin divarları daxilində “Mossad”, MKİ və FTB-nin vahid komanda mərkəzi haqqında “danışıb”.

Bu ki, bombadır, informasiya bombası, geosiyasi bomba! Özü də qlobal miqyasda! Nəhayət, İsrail hərbçilərinin və “Mossad”ın Azərbaycan ərazisində, hətta İranla sərhəd yaxınlığında olmasını sübut etmək istəyən biri bunu bacardı! Axı İran dəfələrlə Azərbaycanın mənfur İsraillə tandemdə anti-İran siyasəti yeritdiyi barədə sözlərinə inanılmasına demək olar ki, yalvarıb! İndi nə Təl-Əviv, nə də Bakı yayına bilməyəcəklər.

Lakin Azərbaycanı gözdən salmaq üçün bu çox primitiv əməliyyatı düşünənlərin sevinci uzun sürmədi. “Müsahibə” sözünü dırnaqda təsadüfən yazmamışıq, çünki erməni mediasındakı hiperlinkin “Jerusalem Post”a getdiyi iddia edilsə də, əslində onun üzərinə klikləməklə gil-hoffman.com saytına, yəni guya israilli jurnalistin şəxsi saytına daxil olursunuz. Ancaq bir problem var – tezliklə Hoffman özü “Twitter”də ismarıс yazaraq həm “Mossad” nümayəndəsi ilə belə bir müsahibənin olması faktını, həm də dərc olunduğu saytın ona məxsus olduğunu təkzib etdi.

“Mənim gil-hoffman.com saytı ilə heç bir əlaqəm yoxdur, Uzi Aradla orada dərc olunmuş müsahibə feykdir”, – deyə Hoffman yazıb.

Halbuki, bu feyki düşünənlər üçün hər şey çox yaxşı başlamışdı. Təsəvvür edin – özləri sayt yaradıblar (yeri gəlmişkən, bu ilin oktyabrın 12-də), müsahibə uydurublar və Azərbaycan əleyhinə təbliğat kimi istifadə etməyə çalışıblar.

Amma bu alınmadı. Bilmirəm, ermənilər Azərbaycanla İran arasında münaqişənin sönməsinin qarşısını almaq üçün bu qədər güc sərf etdilər, yoxsa iranlı təbliğatçılar öz kuratorlarının Tehrana Bakı ilə Təl-Əviv arasında “dağıdıcı əməkdaşlıq” faktlarını təqdim etmək göstərişini yerinə yetirmək üçün burunları ilə yer qazaraq, buna həddən artıq çalışdılar. Amma burada gülüş doğuran məqam bilirsiz nədir? Xeyr, bu hətta təşəbbüskarlarının Hoffmanın özünün ağzını necə bağlamağı planlaşdırdıqları da deyil. Bəlkə onu hər şeyi məhv etmədən öncə müvəqqəti olaraq yoxa çıxarmaq? Bəlkə də Hoffman saxtalığı üzə çıxarmasın deyə bütün İsraildə interneti bağlamaq?

Yox, nə İranın, nə də Ermənistanın belə gücləri, imkanları yoxdur.

Gülməli odur ki, bu saxtakarlığı yaradanların “Mossad”ın işi haqqında zəif təsəvvürləri var.

İsrailin keçmiş siyasi kəşfiyyatçıları belə zəvzəklikdən əziyyət çəkməyiblər. Amma Arad hətta Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin divarları daxilində “Mossad”ın, Mərkəzi Kəşfiyyat İdarəsinin və Federal Təhqiqat Bürosunun vahid komanda mərkəzinə kimi açıqladı!?

Necə deyərlər, başında ağlı olan heç kim israillilərin belə boşboğazlığına həç vaxt inanmaz.

Yəni, “feyk” istehsalçıları özlərini biabır etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir