Azərbaycanda klinikadan örnək addım – FOTO

Sabirabad Klinikası şəhid ailələrini pulsuz tibbi xidmət kartları ilə təmin edib.

Bu barədə Milli Məclisin deputatı Ramin Məmmədov paylaşım edib.

Paylaşımda bildirilir:

“Dəyərli seçicilərim, şəhid ailələrinə diqqət və qayğının göstərilməsi hər birimizi üçün, təbii ki, mənim üçün də əsas məsələ kimi qəbul olunmuşdur. İl ərzində mütəmadi görüşlərlə bərabər onların müraciətlərinin hər birinə böyük həssaslıqla yanaşılmışdır. Təhsil, iş, qaz və işıq təminatı, maliyyə və bank, səhiyyə, yol və ev təmiri, torpaq və digər məsələlərin həllinə nail olmaq bizi çox sevindirir. 

Eyni zamanda diqqət göstərmək, şəhid ailələrinin yanında olmaq istəyən şirkətlər və şəxslər də az deyil. Sabirabad Klinikasının rəhbəri dostumuz Kamal da öz təşəbbüsləri ilə seçilən dostlardandır. 92 pulsuz tibbi xidmət kartlarının hazırlanması gözəl nümunədir. Dəyərli həmkarım, dostum Kamal Cəfərovla birlikdə şəhid ailələrinin üzvləri ilə görüşdük, kartları onlara təqdim etdik. 

Arzu edirəm ki, canı və qanı bahasına bizə böyük Zəfər yaşadan igidlərimizin ailələri sağlamlıqları ilə bağlı narahatlıq, sıxıntı yaşamasınlar.

Bir daha bu nəcib təşəbbüsə görə Sabirabad Klinikasının bütün kollektivinə dərin təşəkkürümüzü ifadə etmək istəyirəm. 

Biz birlikdə güclüyük!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.