Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilib.

Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Müzakirəyə çıxarılacaq başqa mövzu isə Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödənilməsi olacaq.

Həmçinin prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar rütbənin verilməsinə işçinin prokurorluqda qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilməsi məsələsi də qaldırılacaq. 

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir