Azərbaycanın dörd deputatı ABŞ-a gedir

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Vaşinqtonda səfərdə olacaqlar.

Bununla bağlı Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai noyabrın 14-də Vaşinqtona yola düşəcəklər.

Deputatların Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə Konqresin Senatında və Nümayəndələr Palatasında, Dövlət Departamentində bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

Səfər noyabrın 21-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir