Azərbaycanın tələbi ilə Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı dinləmələr başlayır

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə ictimai dinləmələr keçirəcək.

Dinləmələr 18-19 oktyabr tarixlərində Haaqa Sülh Sarayında baş tutacaq. Proses Azərbaycanın təqdimatı əsasında Ermənistanın yol verdiyi pozuntulara görə müvəqqəti tədbirlərin görülməsi tələbi ilə keçiriləcək. Mövcud pandemiya şəraitini nəzərə alaraq dinləmələr hibrid formada olacaq. Məhkəmə üzvlərindən bəziləri şifahi prosesə şəxsən qatılacaqlar, bəziləri isə video-bağlantı ilə qoşulacaq. Tərəflərin nümayəndələri ya şəxsən, ya da video-əlaqə ilə dinləmələrdə iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə verib.
Mənbə: Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir