Azərbaycanlı nazirlər Serbiya ilə oyunu izləyib – FOTO

Serbiyanın paytaxtı Belqrad şəhərində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə Sənayesi naziri Mədət Quliyev 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində milli komandamızın Serbiya ilə səfər oyununu tribunadan izləyib.

Onları Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç müşayiət edib.

Qeyd edək ki, Serbiya – Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir