Azərbaycanlı ruhani İraq şiələrinin rəhbəri ola bilər – FOTO

Türkiyədə nəşr olunan “Yeni Akit” qəzeti azərbaycanlı din xadiminin İraq şiələrinin yeni rəhbəri ola biləcəyini yazıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, dini rəhbər Məhəmməd Səid əl-Həkimin İraq şiələrinin dini mərkəzlərindən biri hesab edilən Nəcəf şəhərində vəfatı və həmin məzhəbin lideri Əli Sistaninin 91 yaşında olmasını nəzərə alaraq, yeni rəhbərin kim olacağı barədə söhbətlər gündəmə gəlməyə başlayıb.

Hazırda bu post üçün ən ideal namizəd 72 yaşlı azərbaycanlı Məhəmməd Baqir əl-İrəvani sayılır. Əl-İrəvaninin ailəsi Nəcəf şəhərində tanınmış və nüfuzlu ailələrdən hesab olunur.

Bu ailə İrəvanın 1820-ci ildə ruslar tərəfindən işğalından sonra İraqın Nəcəf şəhərinə köçüb. Əl-İrəvani Azərbaycan və Türkiyə türkcəsində sərbəst danışır və bəzən Nəcəfdə keçirilən dini məclislərdə həmin dillərdə mərsiyə oxuyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir