“Azərsu” Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

“Azərsu” Açıq Səhmdar Cəmiyətinin kollektivi işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. 

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib. Qurumun əməkdaşları tərəfindən fonda könüllü olaraq 552 min 280 manat vəsait köçürülüb. 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Qarabağ Azərbaycandır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir