Bəkir Şahin və Kamran Əliyev “Qarabağ Zəfəri” şeir yarışmasının mükafatlandırma mərasimində – VİDEO

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə mayın 29-da Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Bakıya rəsmi səfərə gəlib.

Səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Bəkir Şahinin səfəri zamanı hər iki ölkənin rəsmi şəxslərinin iştirakı ilə “Qarabağ Zəfəri” şeir yarışmasının mükafatlandırma mərasimində də iştirak ediblər.

Türkiyənin Azərbaycandakı Səfirliyi və Azərbaycan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş yarışmanın qaliblərinə hədiyyələr təqdim olunub, onlarla xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir