Bəzi yaşayış sahələrinin özəlləşdirilməsi qaydalarını Prezident müəyyənləşdirəcək

Bəzi yaşayış sahələrinin özəlləşdirilməsi (satışı) qaydaları Prezident tərəfindən müəyyənləşdiriləcək.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı Mənzil Məcəlləsinə dəyişiklik təklif olunur.

Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən, dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.

Təklif olunan dəyişiklikdə isə bildirilir ki, həmin özəlləşmə qaydalarını Prezident müəyyən edəcək.

Layihə Milli Məclisin dekabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir