Bakı və Moskva: Zəngəzur dəhlizində erməni gömrüyü olmayacaq – EKSPERT

Rusiyalı ekspert, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev nəqliyyat kommunikasiyalarının deblokadasından sonra Ermənistanın əldə edəcəyi konkret üstünlüklər barədə Caliber.Az-ın sualını cavablandırarkən bir neçə əsas məqamı vurğulayıb.

“Hər şeydən əvvəl Azərbaycanın dəmiryolu tranzitinin əlçatan olması səbəbilə Rusiya ilə əlaqə yaxşılaşacaq, Gürcüstan dolaylarından fərqli olaraq yükdaşıma bütün mövsümlərdə aparılacaq. Bu, həmçinin nadir torpaq filizinin Çinə və Orta Asiyaya ixracatına əlavə bir çıxış yoludur. Öz növbəsində Türkiyənin Aralıq dənizi limanlarına, xüsusən İskəndərun limanına giriş təmin ediləcək.

Nəhayət, bu Ermənistan üçün infrastrukturun inkişafı sahəsində investisiya axını və ödənişli avtomobil yolları hissələrinin yaradılmasından vəsait qazanılması deməkdir. Həmçinin Ermənistanın İrandan Gürcüstana gedəcək Şimal-Cənub yolu da çəkiləcək, o cümlədən Culfa dəmir yolu qovşağından İrana giriş mümkün olacaq”, – deyə A.Karavayev bildirib.

O, qeyd edib ki, nəqliyyat sahəsində kommunikasiyaların açılması və tikintinin fəallaşması 2-3 ildən sonra iqtisadiyyatın 4-5 faizə qədər artımına səbəb ola bilər. Ticarətin genişlənməsini nəzərə alsaq ÜDM-in ümumi artımı 2,5 faizə çata bilər.

Rusiyalı mütəxəssis əlavə edib ki, Ermənistan ərazisindən tranzit nəqliyyat dəhlizinin yaranması vəziyyəti mürəkkəbləşdirməyəcək. Onun sözlərinə görə, tranzit üzərində nəzarət Ermənistan gömrüyünün ixtiyarında olmayacaq. 2020-ci ilin noyabr ayında atəşkəs razılaşması imzalandıqdan sonra Ermənistan ərazisindən yüklərin daşınmasına nəzarətin Rusiya dəmiryolçuları və sərhədçilərinin həyata keçirəcəyi barədə açıqlamalar verilib. 

Məqalənin tam mətni ilə Caliber.az saytında tanış ola bilərsiz.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir