Baku TV-nin əməkdaşı Ukraynadan son vəziyyəti şərh edir – VİDEO

Ukraynanın paytaxtı Kiyev şəhərində nisbi sakitlik hökm sürür. 

Ria24.Az xəbər verir ki, bu barədə Baku TV-nin Ukraynada olan əməkdaşı məlumat verib.

Bildirilib ki, ara-sıra şəhərdə artilleriyadan atəş səsləri eşidilsədə, hazırda mərkəzdə nisbi sakitlikdir.

Eləcə də, əlavə edilib ki, səhər saatlarından etibarən artıq şəhərə daxil olmuş rus silahlı qüvvələrinin diversiya qrupları ilə mübarizə gedir. Onlardan bir neçəsi saxlanılsa da, şəhərdə daha çox diversiya qrupunun olduğu açıqlanıb. Buna görə də, hökumət paytaxt sakinlərini ehtiyatlı olmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.