Baş nazir Vətən müharibəsindən DANIŞDI

Milli Məclisin iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci il fəaliyyəti haqqında məruzə ilə çıxış edib. 

Oxu.Az-ın məlumatına görə, Ə.Əsədov bildirib ki, 2020-ci il Azərbaycanın müstəqillik tarixində çox önəmli hadisə baş verib:

“44 gün davam edən Vətən müharibəsində əsgər və zabitlərimizin sarsılmaz iradəsi, xalq-iqtidar birliyi nəticəsində şanlı Ordumuzun düşmən üzərində qələbəsini şərtləndirdi”, – deyə baş nazir əlavə edib.

Ə.Əsədov qələbə münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və deputatları təbrik edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir