Beket Karaşin: “Mən ortaq türk əlifbasının yaradılmasına iki əlli razıyam”

Qazax əlifbasının Latın qrafikasına keçidi üzrə Milli Komissiyanın son iclasında əlifbanın yeni versiyası təqdim edilib.

Ümumilikdə Qazaxıstanda əlifba ilə əlaqədar 40-dan çox yeni variantı təqdim olunub.

Yeni əlifbaya mərhələli keçid 2023-cü ildən 2031-ci ilə qədər planlaşdırılır.

Təqdim olunan versiya həm qazaxlar, həm azərbaycanlılar (bu arada, Azərbaycan əlifbası ilə nəzərəçarpacaq oxşarlıq var), həmçinin digər türk xalqlarının nümayəndələri üçün intuitiv şəkildə başa düşüləndir.

Məşhur qazaxıstanlı yazıçısı, şair, analitik, akademik Zeynulla Kabdulov Fondunun direktoru Beket Karaşin Media.Az-a açıqlamasında bildirib ki, Qazaxıstanın latın əlifbasına keçidindən sonra ortaq türk əlifbasının yaradılması yaxşı ideyadır, bu, türk xalqlarının, dövlətlərinin, dillərinin yaxınlaşmasına kömək edəcək.

“Bir daha vurğulamaq istərdim ki, mən ortaq türk əlifbasının yaradılmasına iki əlli razıyam və bu əlifbanı asanlıqla hazırlamaq olar. Bizim hamımızın ona uyğunlaşması çətin olmayacaq”, – deyə məşhur qazaxıstanlı yazıçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir