Binəli Yıldırım: “Yeni oyunçuların ortaya çıxmasını dərk edirik”

“BMT Təhlükəsizlik Şurası dəyişilməlidir”. 

Oxu.Az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib.

O bildirib ki, BMT dünyada olan münaqişələrin həllini tapa bilmir. 

“Bu gün BMT-nin çıxarıldığı qətnamələr də icra edilmir. Bu, BMT-yə olan inamı azaldır. Bu gün dünya İkinci Dünya müharibəsindən sonrakı dünyaya bənzəmir. Biz artıq yeni oyunçuların meydana çıxmasını dərk edirik”, – deyə B.Yıldırım əlavə edib. 

Onun sözlərinə əsasən, güclərin təması ilə ədalətli dünya nizamını formalaşdırmaq olar.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir