BMT Baş Assambleyasının prezidenti Azərbaycana gələcək

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti, həmçinin 75-ci sessiyanın sədri olan Volkan Bozkırın bir sıra ölkələrə səfəri planlaşdırılır.

“Anadolu” agentliyindən verilən məlumata görə, bunu BMT rəsmisinin mətbuat katibi Brenden Varma jurnalistlər üçün təşkil olunmuş brifinq zamanı bəyan edib.

Onun sözlərinə görə, V.Bozkır Türkiyə, Qətər və Azərbaycana səfər edəcək. Baş Assambleya prezidentinin səfəri 1-12 aprel aralığında baş tutacaq.

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, parlament sədri Mustafa Şəntop və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək V.Bozkır, daha sonra Qətərə, oradan da Azərbaycana gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir