BMT-nin ali nümayəndəsindən davamlı sülh üçün ÇAĞIRIŞ

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos “Mədəniyyət naminə sülh” Tərəfdaşlıq Forumuna videomüraciət ünvanlayıb.

Oxu.Az-ın məlumatına əsasən, o bildirib ki, davamlı sülhə nail olmaq üçün bütün imkanlar səfərbər edilməli və birgə çalışılmalıdır.

Onun fikrincə, sülh mədəniyyətinin formalaşdırılması, inkişaf etdirilməsi və davamlı sülhün təmin edilməsi bir-birini tamamlayan prosesdir:

“Mədəniyyətlərarası və dinlərarası dialoq qarşıdurmaya qarşı mühüm alətdir. Mədəniyyət naminə sülhün məqsədi BMT-nin Sivilizasiyalar Alyansının məqsədinə uyğundur”, – deyə ali nümayəndə bildirib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir