Braziliya səfiri: “Təəssüf ki, atəşkəsə riayət olunmadı” – VİDEO

“Həlak olanların ailələrinə başsağlığımızı çatdırırıq. Biz bu yaxınlarda da bildirdiyimiz kimi, müharibə ən tez zamanda sülh və danışıqlar prosesi ilə əvəz edilməlidir. Təəssüflə bildirmək istəyirik ki, bu, getdikcə daha da çətinləşir”.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz bildirib.

“Braziliya hökuməti olaraq biz sülh danışıqlarını yeganə çıxış yolu kimi görürük. Təəssüf ki, atəşkəsə riayət olunmadı. Lakin biz nikbinik və düşünürük ki, atəşkəs razılaşması qüvvədə qalacaq. Biz Moskva danışıqlarını sülhə doğru atılan ilk addım kimi müsbət qiymətləndiririk”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər.

Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir