Braziliya telekanalında ölkəmizə həsr edilən proqram efirə gedib – FOTO/VİDEO

Azərbaycana həsr edilmiş silsilə proqramların davamı olaraq Braziliyanın REBE TV kanalında növbəti proqram efirə gedib.

Azərbaycanın Braziliyadaki Səfirliyindən verilən məlumata görə, Azərbaycanda multikulturalizmin dərin tarixi və ənənələrindən bəhs ədən proqramda yerli ekspert qismində cənab Klaus Junior və professor Leyla Bijos çıxış ediblər. Hər iki müsahib Azərbaycanla bağlı xatirələri ilə bölüşərək, ölkəmizin bu sahədə təcrübəsinin nümunəvi olduğunu qeyd ediblər.

Braziliyanın özünün çoxmillətli ölkə olduğunu söyləyən professor L.Bijos qarşılıqlı təcrübənin öyrənilməsinə ehtiyac olduğunu vurğulayıb. Həmçinin, professorun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində apardığı tədqiqatlar nəticəsində Braziliyada, Azərbaycana həsr edilmiş ilk “Azərbaycanın dövlət siyasətində multikulturalizmin rolu” adlı elmi kitabın buraxıldığı və bu kitab əsasında bir neçə yerli universitetlərdə tədris proqramların tərtib edildiyi də bildirilib.

Cənab Kalus Junior öz növbəsində Azərbaycanla tanışlığından böyük məmnuniyyətini bildirərək, ölkəmizdə olduğu zaman bir sıra bölgələrimizə səfər edərək, etnik, mədəni, dini zənginliyimiz ilə tanış olduğunu və bunun da onun təcrübəsinin artırılmasına xidmət etdiyini söyləyib. Müsahib Braziliya və onun hüdudundan kənarda Azərbaycan multikulturalizm modelinin təbliğ etdiyini də qeyd edib.

Qeyd edək ki, hər iki ekspert müxtəlif vaxtlarda Azərbaycanda olub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə sıx əlaqədə akademik layihələr üzərində işlər aparırlar.

Müsahibə saat 10.00 efirə getmiş və təkrar olaraq bazar günü bir daha yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir