Braziliyanın nüfuzlu telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışıldı – FOTO

Oktyabrın 2-də Braziliyanın nüfuzlu “TV Comunitaria” telekanalında Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxovun ölkəmizə həsr edilmiş müsahibəsi efirə gedib.

Azərbaycanın Braziliyadakı Səfirliyindən verilən məlumata görə, müsahibə çərçivəsində Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, iqtisadi, siyası, mədəni və digər sahələri əhatə edən məsələlərə toxunulub. 
 
Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, bölgədə apardığı destruktiv və təhlükəli siyasətdən danışıb. Qeyd edib ki, Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan bütün sülh danışıqlara son qoyub və təcavüzkar siyasətin davamıdır. 

Səfir vurğulayıb ki, bu siyasətin yeridilməsinə beynəlxalq aləmin münaqişəyə laqeyd qalması şərait yaradır. O, dünya və Braziliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb. Azərbaycanın danışıqları yalnız danışıq məqsədləri üçün aparmaqdan imtina etdiyi mövqe də tamaşaçıların nəzərinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir