Britaniya səfiri Füzuliyə gedib – FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Füzuli rayonunun Horadiz qəsəbəsinə gedib.

Bu barədə diplomat şəxsi “Twitter” hesabında paylaşım edib.

Səfir Horadizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə görüşüb.

“Biz minalar sahəsində ANAMA ilə əməkdaşlığımıza davam edirik. Bu gün Horadizdə ərazilərin minalardan təmizlənməsi üçün həm təlim, həmçinin də texniki dəstək göstərən Britaniya mütəxəssisləri ilə görüşdüm”, – deyə C.Şarp vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.