Britaniyalı nazir Sahibə Qafarova ilə müzakirələrdə – FOTO

Azərbaycanda səfərdə olan Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp özünün “Twitter” hesabında yazıb.

O qeyd edib ki, İstanbul Konvensiyasının imzalanması qadınları məişət zorakılığından qorumağa kömək edəcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir