Cahit Bağçıdan bayram təbriki: “Dost gəlişi bayram olar” – FOTO

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib.

“Dost gəlişi bayram olar. Yığılsın ozanlar, çalsın sazlar. Bu gün Zəfər Günüdür. Tək ürək, tək bilək olaraq birlikdə yeni Qızıl Alma səfərlərinə”, – deyə diplomatın “Twitter” hesabında dərc etdiyi paylaşımda qeyd olunub.

Tvitə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın fotosu, həmçinin Şuşa şəhərinin giriş lövhəsinin şəkli əlavə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir