“Caliber”: “Azərbaycan yenidən atəş altındadır?” – VİDEO

“Ötən ilin sonu-bu ilin əvvəlində Cənubi Qafqazda müharibə sonrası güc balansının konfiqurasiyası daha konkret şəkildə formalaşmağa başlayanda, bizə eyni vaxtda iki Avropa ölkəsində Azərbaycana qarşı sinxron və uzunmüddətli media kampaniyası planlaşdırılması barədə əvvəlcə dolayı, sonra isə birbaşa siqnallar gəlməyə başladı”.

Bu barədə “Caliber”in növbəti geniş təhlilində qeyd olunur.

Layihə müəllifləri qeyd edir ki, əvvəlcə bu məsələyə o qədər də ciddi yanaşılmayıb, çünki Qərbdəki tərəfdaşların müharibə və onun yekunları fonunda davranışları belə bir hadisənin baş verməsi ehtimalını mümkün edib.

Üstəlik, Azərbaycandan olan müxalif “bloqerlər” və “jurnalistlər” kimi qələmə verilən agentlər vasitəsi ilə Azərbaycanın informasiya məkanına eyni vaxtda dörd Avropa telekanalında və hətta “Netflix”də Azərbaycanın əleyhinə sənədli filmlərin yayımlanacağı anons edildi. Burada seçilmiş vaxt da maraq doğurur: Vətən Müharibəsinin ildönümü…

Bu və digər maraqlı məqamlar ətraflı şəkildə “Caliber”in növbəti videosunda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir