Cavid Qurbanov: “Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar”

“Dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir”.

Oxu.Az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, əsas məsələ Ermənistan ərazisindən keçən hissədir, bunun üçün danışıqlar aparılır:

“Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesb edirəm ki, bu icarə müqaviləsi daha da uzanacaq”.

“Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar”, – deyə o qeyd edib.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir