Çavuşoğlu: “Əvvəl Qafqazda diplomatik həll yoluna razı olmayanlar indi siyasi çıxış yolu axtarırlar” – VİDEO

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ədalət və İnkişaf partiyasının (AKP) Antalyada keçirilən Konqresində Azərbaycanın torpaqlarını azad etmək uğrunda Ermənistan üzərində qələbəsini bir daha xatırladıb.

Bu barədə video türkiyəli nazirin “Twitter” səhifəsində yerləşdirilib.

“Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün diplomatik həll yolu istəyəndə, buna razı olmayanlar indi siyasi çıxış yolu axtarırlar.

Dağlıq Qarabağda 30 ildir işğal vardı, zülm vardı. Dəfələrlə diplomatik həll yolu irəli sürdük, razılıq olmadılar. Nə oldu? Azərbaycan döyüş meydanına girdi, haqqını aldı, işğalda olan torpaqlarını azad etdi.

Amma indi diplomatiya deyirlər, siyasi həll istəyirlər, bəli, biz buna da varıq.

Cənubi Qafqazın rifahı üçün 3+3 formatında, ikitərəfli, üçtərəfli görüşlər davam edir, bölgədə atəşkəsə nəzarət edirik”, – deyə nazir bildirib.

Çavuşoğlunun sözlərinə görə, əgər İrəvan bu xətalarından dərs alıb, normal davranarsa, ən çox qazanc götürən elə Ermənistan və erməni xalqı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir