Çavuşoğlu Bəxtiyar Vahabzadəni andı – FOTO

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadənin anım günü ilə bağlı paylaşım edib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

“Can Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadəni ölümünün 12-ci ildönümündə hörmət və mərhəmətlə anıram. Şeirləri bütün coğrafiyamızda əks-səda verməyə davam edəcək”, – deyə türkiyəli nazir qeyd edib.

O, paylaşımına şairin şeirindən bir bənd də əlavə edib:

“Ana yurdda yuva qurdum,

Ata yurda könül verdim.

Ana yurdum, ata yurdum

Azərbaycan-Türkiyə”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir