Çavuşoğlu: “Təcavüzkarla qurbanı fərqləndirməliyik”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Azərbaycana dəstəyin Türkiyənin Ermənistanla həssas əlaqələrinin daha da zəifləyəcəyinə təsir edib-etməyəcəyi” barədə suala cavab verib.

“Anadolu” agentliyinin xəbərinə görə, türkiyəli nazir bildirib ki, Ermənistanla münasibətlərimiz həssasdırsa, bunun əsas səbəbi Ermənistanın bölgədə təcavüzkar yol seçməsi və eyni zamanda, konstruktiv və məsuliyyətli tərəfdaş ola biləcək bir siyasət yürüdə bilməməsidir.

O, qeyd edib ki, təcavüzkarla qurbanı fərqləndirməliyik:

“Hərbi əməliyyatların dərhal dayandırılmasına yönələn səthi tələblər və uzunmüddətli atəşkəsin təmin edilməsi bu dəfə faydalı olmayacaq. Ermənistanla münasibətlərimiz qeyri-müəyyəndirsə, bu bizim seçimimiz deyil. Əlbətdə ki, Ermənistan bölgədə sülh üçün konstruktiv və məsuliyyətli bir tərəfdaş olmağı seçərsə, Azərbaycan bundan çox şey qazanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir