Çavuşoğludan Qarabağla bağlı AÇIQLAMA

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2020-ci ildə ölkəsinin xarici siyasəti barədə jurnalistlərə açıqlama verib.

O, Qarabağ məsələsinə də toxunaraq, 2020-ci ilin ən önəmli məsələlərindən birinin Dağlıq Qarabağ olduğunu deyib:

“Tarixi bir irəliləmə oldu. 30 illik danışıqlar bir nəticə vermədiyi üçün can Azərbaycan döyüş meydanında haqqını geri aldı. Biz də Türk dövləti və türk milləti olaraq sadəcə qardaşımız olduqları üçün yox, həm də haqlı olduqları üçün onları dəstəklədik.

Azad olunan ərazilərin yenidən inşa edilməsi, Naxçıvan dəhlizinin açılması, təxminən 30 ildir elindən-obasından ayrı qalan köçkün qardaşlarımızın geri qayıtması, yenə beynəlxalq səviyyədə danışıqların izlənməsi də daxil olmaqla bu müddətdə Azərbaycana dəstəyimiz davam edəcək”.

O bildirib ki, Rusiya ilə Ortaq Nəzarət Mərkəzi fəaliyyətə başlayır: 

“Əsgərlərimiz Azərbaycana gediblər. Dünən Soçidə Lavrovla da bu barədə danışdıq. Bu müddət normal gedərsə, Ermənistan atəşkəsə riayət edərsə, təkcə Azərbaycanın deyil, qonşularının da torpaqlarının bütövlüyünə hörmət edərsə, münasibətlər düzələr. Cənab İlham Əliyevin bu mövzudakı açıqlamalarını yəqin xatırlayırsınız. Cənab Rəcəb Tayyib Ərdoğanın da bu barədə açıqlamalarını eşitmisiniz”.

Çavuşoğlu qeyd edib ki, bu normallaşmadan ən çox Ermənistan və erməni xalqı yararlanacaq. Buna görə də, qarşıdakı müddətdə də Ermənistanın bu düşüncəylə hərəkət edəcəyini gözləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir