Ceyhun Bayramov Atatürkü ulu öndərin sözləri ilə andı – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün anım günü münasibətilə paylaşım edib.

“Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü anım günündə ehtiramla yad edirik”, – deyə Bayramov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən sitat gətirib:

“Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”.

C.Bayramov eyni zamanda, Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözlərini də paylaşımına əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir