Ceyhun Bayramov Azərbaycanın qarşısında duran əsas məsələni AÇIQLADI

“Bu gün Azərbaycan dövləti qarşısında duran əsas məsələ keçmişdə işğal altında olmuş ərazilərin bərpası, onların yenidən qurulması, uzun illər ərzində həmin ərazilərdə yaşayan əhalinin ləyaqətli, təhlükəsiz qayıdışının təmin edilməsidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı dövlət tərəfindən nəhəng işlər görülür:

“Bu gün Bakıda keçirilən humanitar forumda iştirakçılarla söhbət edirik. Onlar təəccüblənirlər ki, belə qısa müddətdə bu cür işlər görülüb. Böyük şəhərlərin Baş planlarının hazırlanması, infrastrukturun bərpası, iş yerlərinin yaradılması kimi işlər görülüb. Artıq aylar sonra məcburi köçkünlərin qayıdışı nəzərə tutulur. Azərbaycan azad olunan ərazilərdə minatəmizləmə işləri də aparır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir