Ceyhun Bayramov: “Ermənistan bu əməllərindən əl çəkməlidir”

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan – Ermənistan dövlət sərhədində yaşanan son gərginliklərə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, sərhədlərdə gərginliklərin yaşanmamasının yeganə yolu delimitasiya prosesinə başlanılmasıdır.

O bildirib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib:

“Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar baş verir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir