Ceyhun Bayramov: “Macarıstan hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib”

Azərbaycanla Macarıstan nümayəndə heyətləri arasında strateji tərəfdaşlıq əsasında fikir mübadiləsi aparıldı. 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla Macarıstan arasında münasibətlər sürətlə inkişaf edir. 
Nazirin sözlərinə görə, Macarıstan hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. 

“Xüsusilə Dağlıq Qarabağ münaqişəsi davam edən müddətdə Macarıstan Azərbaycanı dəstəkləyib”, – deyə C.Bayramov əlavə edib. 

Öz növbəsində, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto bildirib ki, Azərbaycanla Macarıstanın siyasi münasibətləri həmişə qarşılıqlı hörmətə əsaslanıb. 

O bildirib ki, Azərbaycan və Macarıstan bir-birinin daxili işlərinə qarışmayıb. “Buna görə də, iqtisadi, maliyyə, biznes əməkdaşlığımız mövcuddur”,-deyə o əlavə edib. 

Nazirin sözlərinə görə, Azərbaycanla Macarıstan arasında açıq qalmış siyasi məsələ yoxdur. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir